"Oyun yaxşı keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu ömər Buludov deyib.

Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə"ni qəbul edən "ağ-qaralar" 2:0 hesablı qələbə qazanaraq, lideriyini qoruyub.

Oyundan sonra klubun rəsmi saytına danışan gənc müdafiəçi qələbəyə sevindiklərini söyləyib: "çətin olsa da, qələbə qazadıq. 3 xal bizim üçün vacib idi. "Keşlə" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, asan rəqib deyil. Bunu oyun da göstərdi. Buna görə də ciddi hazırlıq keçmişdik. çox şadam ki, qalib gəldik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest