İspaniya La Liqasının XXIII turunda "Atletiko" ilə səfərdə qarşılaşan "Barselona" qolsuz bərabərliklə razılaşıb. Matc.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi məğlub olmadığı üçün qapıçısı Mark-Andre ter Ştegenə minnətdar olmalıdı.

çünki 26 yaşlı qolkiper oyun ərzində 5 yüz faizli qolun qarşısını alıb. Bununla Almaniya millisinin üzvü son 6 oyunda ümumilikdə 34 zərbədən 30-nu dəf etməyi bacarıb. Həmin çempionat görüşlərinin 3-də ter Ştegen qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Barselona" hazırda 51 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest