PSJ-nin idman direktoru Leonardo Fransa Liqa 1-in sonuncu turunun "Mets"lə matçından (5:0) sonra postundan gedib. Matc.az xəbər verir ki, bu barədə "Globeecho" məlumat yayıb. 
 
Leonardo 2011/2012 mövsümündən 2013/2014 mövsümünün sonuna kimi PSJ-nin idman direktoru vəzifəsində çalışıb. Daha sonra braziliyalı İtaliyanın "Milan" və Türkiyənin "Antalyaspor" klublarında müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildə Leonardo yenidən PSJ-nin idman direktoru təyin edilmişdi.
 
Daha əvvəl PSJ rəhbərliyinin klubun transfer siyasətindən narazı olduğu barədə xəbərlər yayılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest