Futbol üzrə Portuqaliya kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda "Portu" ilə azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə (3:1) sevinən "Portu" tarixində 18-ci dəfə Portuqaliya kubokunun qalibi olub.
 
Renat da bu görüşün iştirakçısı olub. O, finalda 56-cı dəqiqədən etibarən meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest