Almaniyanın "Bayern" klubu rəsmi saytı vasitəsi ilə qapıçı Manuel Noyerlə müqavilənin uzadıldığını açıqlayıb. Matc.az xəbər verir ki, yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
 
36 yaşlı futbolçu 2011-ci ildən "Bayern"də çıxış edir. O, 2017-ci ildən komandanın kapitanıdır.
 
Noyer 2021/22 mövsümündə Almaniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, qapısından 36 top buraxıb.
 
O, "Bayern"lə 10 Almaniya çempionluğu, 5 Almaniya kuboku qazanıb və 6 dəfə Almaniya superkubokunun qalibi olub. Noyer həmçinin, iki dəfə çempionlar Liqasının, Klublararası dünya çempionatının və Avropa superkubokunun qalibi adını qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest