"Milan"ın çalışdırıcısı Stefano Piolo A Seriyasında 2021/22 mövsümünün ən yaxşı baş məşqçisi seçilib. Matc.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
 
"Milan" 11 ildən sonra A Seriyasının çempionu olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə A Seriyasının qalibi olmuşdu.
 
Stefano Pioli üçün bu, məşqçilik karyerasında ilk kubokdur. 56 yaşlı mütəxəssis 2019-cu ildən "Milan"ı çalışdırır.
 
Mövsümün sonunda "İnter"i 2 xal qabaqlayan Milan klubu İtaliya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest