"Transfer pəncərəsi" bağlanmasına baxmayaraq, "Zirə" daha bir oyunçu ilə heyətini gücləndirib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, fransalı Şafik Tiqrudca paytaxt klubu ilə anlaşıb.

Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb. 27 yaşlı futbolçunun son klubu Albaniya təmsilçisi "Kukesi" olub.

Şafik həmçinin Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında çıxış edib. O, "Zirə"də 48 nömrəli forma ilə çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest