Almaniyanın "Borussiya" (Dortmund) klubunun yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, sözügedən komandanın sükanı arxasına Edin Terziç gətirilib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Terziç bu vəzifədə Marko Rozeni əvəzləyib. Gənc mütəxəssis bunadək "Borussiya"nın texniki direktoru vəzifəsində çalışırdı.
 
Edin Terziç daha əvvəl Türkiyənin "Beşiktaş" və İngiltərənin "Vest Hem" klublarında köməkçi məşqçi işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest