Futbol üzrə Almaniya Bundesliqasında pley-aut mərhələsinin cavab qarşılaşması keçirilib. Matc.az xəbər verir ki, Bundesliqada 16-cı pillənı tutduğu üçün elitanı tərk etmək təhlükəsiylə üzləşən "Herta" ikinci Bundesliqada üçüncü olan "Hamburq"la qarşılaşıb.
 
Doğma meydanda baş tutan oyunda 0:1 hesabıyla uduzan "Herta" səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb. Beləcə, "Herta" Bundesliqadakı yerini qoruyub. "Hamburq" isə qarşıdakı mövsümdə də ikinci Bundesliqada mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest