Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Matc.az xəbər verir ki, həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı "Neftçi" İK və Birinci Liqanı 4-cü pillədə başa vuran "Alyans Qrup" komandaları qarşılaşıb.

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Matc.az xəbər verir ki, həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı "Neftçi" İK və Birinci Liqanı 4-cü pillədə başa vuran "Alyans Qrup" komandaları qarşılaşıb.
 
Oyundan əvvəl dövlət himni səsləndirilib. Hesabı nominal qonaqlar açıb. Məhəmməd Xəlilov 3-cü dəqiqədə status-kvonu pozub. Növbəti qol isə 10-cü dəqiqədə gəlib. Omid Talebi hesabı bərabərləşdirib. Növbəti dəfə İlkin Hacıyev adını tabloya yazdırıb. Talebi cərimə zərbəsini birbaşa qapıya yönəltməklə fərqi 2 topa çatdırıb. Birinci hissənin sonuncu dəqiqəsində Yüksək Liqanın bürünc medalçısı daha bir qol vurub. Bu dəfə Hasan Ali fərqlənib. İkinci hissədə də "Neftçi" üstüblüyünü artırıb və ölkə kubokunun qalibi olub.
 
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov və "Badamlı" Şirkətinin İdarə heyətinin üzvü Nurlan Qasımov təqdim ediblər. Əvvəlcə hakimlər və hakim-inspektor fəxri kürsüyə dəvət olunub. Daha sonra "Alyans Qrup"un qapıçısı Seymur Usanova şirkət tərəfindən qapıçı əlcəkləri hədiyyə olunub. 
 
"Neftçi"nin heyətində het-trik edən Omid Talebi isə final oyununun ən yaxşısı kimi mükafatlandırılıb. Mövsüm ərzində 30-a yaxın oyunun canlı yayımını təşkil etdiyinə, eləcə də futzalın təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyinə görə AFF adından CBC Sport televiziya kanalına təşəkkür plaketi verilib. "Araz-Naxçıvan" klubunun vitse-prezidenti Mahmud Sadıqov və idman direktoru Marat Salyanski mövsüm boyu klubla əməkdaşlıq edən "Badamlı" şirkətinə xatirə hədiyyəsi təqdim edib. Sonra finalda iştirak edən "Alyans Qrup"un üzvlərinə gümüş, qalib "Neftçi"yə isə qızıl medallar və ölkə kuboku təqdim edilib.
 
Azərbaycan kuboku
Final
24 may
 
Neftçi İK – Alyans Qrup 6:2
Qollar: Omid Talebi, 9:23; 13:14; 23:31. İlkin Hacıyev, 12:10. Hasan Ali Jafari, 19:05. Seymur Məmmədov, 35:08 - Məhəmməd Xəlilov, 2:56. Aqşin Paşayev, 28:21.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:15.
 
Neftçi İK: 12. Anar Məmmədov (q), 3. Oruc Baxşəlizadə, 7. İlkin Hacıyev, 11. Hasan Ali Jafari, 77. Omid Talebi, 1. Elnur Zamanov (q), 8. Vahid Xocayev, 4. Fərid Atakişiyev, 5. Seymur Məmmədov, 9. Oqtay Rüstəmli, 10. Rüfət Balakişiyev (k), 13. Əjdər Əjdərov, 14. İlqar Nuruşov, 17. Hüseyn Mənəfli.
Baş məşqçi: Elşad Quliyev.
 
Alyans Qrup: 1. Seymur Usanov (q), 19. Aydın Qasımov (k), 7. Mirkamil Əliyev, 8. Aqşin Paşayev, 22. Məhəmməd Xəlilov, 12. Elgün Mosuyev (k), 9. Amil Əlimirzəyev, 10. Fərid Beybutov, 11. Zaur Cigərxanov, 13. Comərd Baxşəliyev, 16. Rəşad Zeynallı (q), 18. Hümmət Əsədov, 5. Şəhriyar Cəlalov, 13. Comərd Baxşəliyev.
Baş məşqçi: İlkin Əhədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest