Milli tarixinin əvəzləyicilərlə birlikdə 16-cı məşqçisi, 5-ci legioner və 2-ci xorvatiyalı olan Yurçeviçin debütü isə məhz həmyerlilərinə qarşı olacaq.

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin Azərbaycan millisinin baş məşqçi təyin etdiyi Nikola Yurçeviç yığmanın tarixində 16-cı çalışdırıcı olub. Matc.az xəbər verir ki, bu məşqçilərdən ikisi – Mahmud Qurbanovla Nazim Süleymanov komandanı əvəzləyici kimi yalnız bir oyuna çıxarıb.

Daha bir mütəxəssis Qyoko Hacıyevski bu posta müvəqqəti təyin edilib. Lakin makedoniyalı  matçlıq deyil, bir neçə aylıq bu vəzifəni icra edə bilib.

Yurçeviç yığmanın "sükanı arxası"nda 5-ci əcnəbi olacaq. Milli tarixinin ilk yadellisi braziliyalı Karlos Alberto Torres olubsa, ondan sonra almaniyalı Berti Foqts və haqqında bəhs etdiyimiz Hacıyevski də yığmada çalışıb.

Sonuncu əcnəbi isə Yurçeviçin həmyerlisi Robert Prosineçki olub. Beləliklə, Xorvatiya əsas yığmamızda 2-ci baş məşqçi ilə təmsil olunan ilk ölkə olub.

Milli tarixinin əvəzləyicilərlə birlikdə 16-cı məşqçisi, 5-ci legioner və 2-ci xorvatiyalı olan Yurçeviçin debütü isə məhz həmyerlilərinə qarşı olacaq. AVRO-2020-nin martın 21-dəki seçmə oyununda Azərbaycan səfərdə Xorvatiya ilə görüşəcək. Təbii ki, o vaxtadək FİFA pəncərəsindən kənar tarixlərdə tələsik yoxlama oyunu təşkil edilməsə. Belə matç isə yığma üçün çox zəruridi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest