İdman Arbitraj Məhkəməsi (CAS) Tailand Futbol Assosiasiyasının sabiq prezidenti Voravi Makudi ilə bağlı yekun qərarını açıqlayıb. Matc.az xəbər verir ki, FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvünə verilən 5 illik cəza ləğv edilib.

O, FİFA-nın etika kodeksini pozmaqda, Tailandda assosiasiyana 2013-cü ildəki prezident seçkilərində saxtakarlığa yol verməkdə ittiham olunurdu. FİFA 2016-cı ildə çıxardığı qərarla Makudini 5 illik futboldan kənarlaşdırmış və 10 min İsveçrə frankı cərimə kəsmişdi.

CAS-a yeni şahidlər gətirən və günahsız olduğunu əsaslandıran Makudi 5 min İsveçrə frankı cərimə ödəməklə canını qurtaracaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest