İtaliyanın "Napoli" klubu Pablo Fornalsla anlaşıb. Matc.az xəbər verir ki, İspaniya "Vilyarreal"ının yarımmüdafiəçisi artıq yayda neapollulara qoşula bilər.

22 yaşlı orta sahə oyunçusu A seriyası təmsilçisinə keçidə razılıq verib. İndi klublar arasında danışıqların müsbət yekunlaşması zəruridi. "Napoli"nin baş məşqçisi Karlo Ançelotti də Fornalsı komandasında görmək istədiyini təsdiqləyib.

Qeyd edək ki, Neapol təmsilçisi İngiltərə "Mançester Siti"sində çıxış edən Aleksandr Zinçenkonu da transfer etmək istəyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest