Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan komandamız Mursiya şəhərindəki toplanışda İspaniya millisi ilə görüşəcək. 3 yoxlama oyunu nəzərdə tutulan yığmamızın ilk sınağı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Vüqar Məmmədin yetirmələri İspaniya toplanışında ilk sınağına çıxıb.

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan komandamız Mursiya şəhərindəki toplanışda İspaniya millisi ilə görüşüb. 3 yoxlama oyunu nəzərdə tutulan yığmamızın ilk sınağı Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Kamran Quliyev 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. 

Qeyd edək ki, millimiz 2 gün sonra "Ranero" klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

U-19-lar arasında yoxlama oyunu

12 fevral

İspaniya – Azərbaycan - 2:0

Azərbaycan: Nicat Mehbaliyev (k), İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Qurbanlı

Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov, Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Əkbər Vəliyev.

Baş məşqçi: Vüqar Məmməd

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest