"Azərbaycanda qonaq futbolçulara qarşı çox yaxşı davranırlar. Xalq onlarla dostluq edir". Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov deyib.

Karyerasına Mahaçqala "Anji"sində başlayan 27 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda insanların mübasibətindən ağızdolusu danışıb. O, burda istedadlı uşaqların olduğunu da söyləyib: "Azərbaycanda qonaq olduğunuzu öyrənsələr, sizə hər zaman kömək etməyə hazırdılar. Dəstək həmişə gözəldi. Burda balaca uşaqlar futbolçu olmağı arzulayırlar. Onlar çox çalışsalar və istəsələr, bunu bacararlar. Əsas odu ki, qarşına məqsəd qoyasan və sona qədər mübarizə aparasan. İnanın ki, bu, çox çətindi. Amma mümkünsüz deyil. İnsanlar qarşıya hədəf qoyur və bu yolda çox səhvlər edirlər. Sonra da deyirlər ki, alınmadı, qismət olmadı. Halbuki relsdən yeni çıxırlar. Belə olmaz".

Qeyd edək ki, Mehdi Cənətov bu mövsüm Premyer Liqada 12 oyun keçirib, qapısında 13 top görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest