UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Hollandiya ilə keçirilən səfər oyunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv üçün əlamətdar olub. Matç.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis yeni rekorda imza atıb.

Belə ki, Bundestim hazırda davam edən görüşdə (0:1) onun rəhbərliyi altında 168-ci oyununa çıxıb. Löv bununla Sepp Herbergerə məxsus rekordu yeniləyib. 2006-cı ildən Almaniya millisinə rəhbərlik edən çalışdırıcı dörd il öncəki dünya çempionatının qalibidi.

Qeyd edək ki, Sepp Herberger 1950-1964-cü illərdə Almaniya yığmasını 167 matça çıxarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest