AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, İtaliya "İnter"inin yarımmüdafiəçisinin "Tottenhem"ə keçidi gündəmdədi.

Premyer Liqa klubu xorvat futbolçunu yayda sıralarında görmək istəyir. Qışda Premyer Liqaya keçidi son anda baş tutmayan Perişiçin özü də İngiltərədə oynamağa can atır.

30 yaşlı futbolçu "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun bəyəndiyi simalardandı. Mütəxəssis çempionlar Liqasının qrup mərhələsinin oyunları zamanı canlı izlədiyi İvanın keçidi üçün bəzi oyunçular, xüsusilə də Serj Orye və Musa Sisokonu da verməyə hazırdı.

Qeyd edək ki, ötən ay Perişiç "Arsenal"a keçmək üzrə olsa da, transfer alınmadı. Yarımmüdafiəçi həm də "Mançester Yunayted"in maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest