İngiltərə mətbuatı uğursuz məşqçilərlə bağlı maraqlı araşdırma aparıb. Matc.az saytı xəbər verir ki, həmkarlarımız Premyer Liqa tarixinin ən yaxşı futbolçuları arasında ən uğursuz məşqçiləri seçib.

Britaniyalılar məşqçilik karyerası fiasko ilə nəticələnən Premyer Liqanın 5 əfsanəvi futbolçusunu müəyyənləşdiriblər. Onların hər birinin eyni nəslin nümayəndəsi olması və məşqçiliyə erkən "əlvida" deməsi diqqət çəkir.

"Mançester Yunayted"in əfsanəvi heyətinin üzvləri olan Qari Nevill, Teddi Şeringem, "Arsenal" tarixinə qızıl hərflərlə düşən Tyerri Anri və İngiltərə tarixinin ən güclü qolçuları arasında göstərilən Alan Şirerin yer aldığı siyahının beşincisi azərbaycanlı futbolsevərlərə də yaxşı tanışdı. Söhbət "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsdan gedir. "Arsenal"ın formasını geyinmiş ən güclü müdafiəçilərdən hesab edilən Adams çalışdığı yerlərdə həm məşqçi, həm də klub rəsmisi kimi ümidləri doğrulda bilməyib.

Yerli KİV-də onun barədə bunlar yazılıb: "Premyer Liqa tarixinin ən böyük kapitanlarından olan Adams məşqçi kimi uğurlu olmaq üçün çox mübarizə apardı. Ancaq heç yerdə işləri yolunda getmədi. "Uikomb"u 53, "Portsmut"u 22, Azərbaycan klubu "Qəbələ"ni isə 12 matçda meydana çıxardı. Son komandası olan "Qranada"ya isə cəmi 7 oyun rəhbərlik edə bildi".

Qeyd edək ki, Toni Adams 2010-11 mövsümündə "Qəbələ"yə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest