Şenol Günəşin ayrılmaq istədiyini başa düşən "Beşiktaş" rəhbərliyi isə yeni baş məşqçi axtarışlarına başlayıb. Maraqlıdı ki, ilk namizəd 2013-2015-ci illərdə "ağ-qaralar"a rəhbərlik etmiş Slaven Biliçdi. Xorvatiyalı mütəxəssislə danışıqlara start verilib.

Mirça Luçeskunu istefaya göndərən Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçi postuna "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşi gətirməyə hazırlaşır. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssislə artıq ilkin danışıq olub.

Günəşin ayrılmaq istədiyini başa düşən "Beşiktaş" rəhbərliyi isə yeni baş məşqçi axtarışlarına başlayıb. Maraqlıdı ki, ilk namizəd 2013-2015-ci illərdə "ağ-qaralar"a rəhbərlik etmiş Slaven Biliçdi. Xorvatiyalı mütəxəssislə danışıqlara start verilib. "Vest Hem"dən ayrıldıqdan sonra işsiz qalan Biliç İstanbul nəhəginə dönməyin əleyhinə deyil.

Ancaq o, bu dəfə Türkiyəyə keçmiş köməkçisi Nikola Yurçeviçsiz qayıdacaq. çünki Yurçeviç yenicə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest