"Everton"un hücumçusu Rişarlison Avropa nəhənglərinin diqqət mərkəzindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "çelsi"dən sonra "Atletiko" da gənc futbolçunun xidmətində maraqlıdı.

Madridlilər mövsümün sonunda 21 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə gəlib. Hətta onunla ilkin danışığın aparıldığı da vurğulanıb. Dieqo Kosta və Alvaro Moratadan məmnun görünməyən baş məşqçi Dieqo Simeonenin fikrincə, Antuan Qrizmanna ən yaxşı hücum tərəfdaşı məhz Rişarlison olar. Liverpul təmsilçisi ilə müqavilə müddəti 2023-cü ilə qədər olan hücumçunun transfer qiyməti 45 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, Rişarlison bu mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 10 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest