Topaz Premyer Liqasında qış "transfer pəncərə"sinin bağlanması ilə klubların mövsümün ikinci yarısının iştirak ərizələrini dəyişmək imkanını böyük ölçüdə itirdi. Matc.az xəbər verir ki, yalnız azad agentlərin keçidi ilə bura əlavələr etmək imkanı qalan Premyer Liqa klubları son 2 dövrə üçün ümumilikdə 191 futbolçu sifariş vərəqinə salıb.

"Zirə" və "Sabah" fərqli qütblərdə

Samir Abasov ikinci yarıda ən geniş oyunçu seçiminə malik olacaq. Belə ki, onun baş məşqçisi olduğu "Zirə" hamıdan çox – 28 futbolçu ilə mübarizəni davam etdirəcək. "Səbail"də bu rəqəm 25-di.

Ən az oyunçu isə "Sabah"dadı. Debütant cəmi 21 futbolçu ilə oynamaq məcburiyyətindədi. Daha bir komanda – "Qəbələ" də hər oyun üçün lazım olan "23-lüy"ü tam doldurmaq imkanından məhrumdu.

Təbii ki, klublar birinci divizionda çıxış edən ikinci komandalarının futbolçularından da yararlanmaq imkanına malik olduğundan daha artıq oyunçudan yararlana bilər.

Prosineçki və Qurbanovun çəkdiklərini Yurçeviç də yaşayacaq

Sifariş olunan 191 futbolçudan 127-si yerli statusuna malik oyunçudu. Hətta onların da müəyyən qismi milliləşən, başqa ölkələrin yetişdirdikləridi. Bu isə o deməkdi ki, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç komandanı bu oyunçulardan formalaşdırmalıdı. çünki ölkə xaricində 2-3 futbolçusu olan millimizin başqa variantı yoxdu. Peşəkar statusuna belə uyğun gəlməyən I divizionda milli deyil, buna yaxın səviyyədə oyunçu olmaması gün kimi aydındı.

Bir sözlə, Yurçeviç sələfləri Qurban Qurbanovla Robert Prosineçkinin çəkdiyi dərdi – oyunçu çatışmazlığı problemini yaşamalı olacaq. 127 oyunçudan bəzilərinin daim ehtiyatda qaldığını, bir qisminin yalnız say düzəltməyə xidmət etdiyini nəzərə alsaq, bu dərd daha acınacaqlıdı. 127 futbolçunun nə qədər az olmasını isə TPL-i işıqlandıran jurnalistlərin sayının da az qala bundan çox olması da qabarıq şəkildə göstərir. Media nümayəndələri arasında turnirlərdə də 100-dən artıq həvəskar futbolçu oynadığını da unutmaq olmaz.

Ən çox yerli futbolçu isə "Sumqayıt"dadı. Cəmi 2 legioneri olan "Gənclik şəhəri" təmsilçisi 22 Azərbaycan vətəndaşı ilə oynayır.

"Qarabağ"da isə hamıdan az - cəmi 11 yerli futbolçu var. Son illərin dəyişməz Azərbaycan çempionu yeganə komandadı ki, heyətin yarıdan çoxu əcnəbidi. Bu da onu göstərir ki, həm daxili, həm beynəlxalq arenada uğur qazanmaq üçün daha çox legionerə ehtiyac var. Ağdamlıların ən çox – 13 legionerə malik olması da bunu göstərir.

klub

futbolçu

yerli

Legioner

Zirə

28

18

10

Səbail

25

16

9

Keşlə

24

15

9

Qarabağ

24

11

13

Sumqayıt

24

22

2

Neftçi

23

15

8

Qəbələ

22

15

7

Sabah

21

15

6

Cəmi

191

127

64

 

Rəngarəng legioner seçimi

Topaz Premyer Liqasında legioner statusu daşıyan 64 futbolçu isə nə az, nə çox – 36 ölkəni təmsil edir. Bu da klubların seçiminin rəngrəngliyini göstərir.

Braziliya, Nigeriya, Ukrayna və Gürcüstan futbolçularının az qala icmalar təşkil etdiyi vaxtlar hamımızın gözü önündədi. İndi isə yalnız 4 ölkənin təmsilçisi 2-dən çoxdu.

Fransa 7 futbolçu ilə liderdi. Görünür son dünya çempionunun bizə uyğun nümayəndələri də baş məşqçilərimizin diqqətini çəkə bilib.

Serbiya və Ukrayna TPL-də 6 futbolçu ilə təmsil olunur. Braziliyadan isə 5 legioner mövsümün ikinci yarısında oynayacaq.

7

Fransa

6

Serbiya, Ukrayna

5

Braziliya

2

Albaniya, Bolqarıstan, Gürcüstan, Haiti, İspaniya, Moldova, Paraqvay, Xorvatiya

1

Botsvana, Fil Dişi Sahili, İran, İslandiya, İsrail, İsveçrə, İtaliya, Konqo, Litva, Makedoniya, Malavi, Mali, Nigeriya, Polşa, Qvineya, Qvineya-Bisau, Rumıniya, Rusiya, Seneqal, Sierra-Leone, Toqo, Venesuela, Yamayka, Yunanıstan

 

Hücumçusuz debütant

Futbolçuların bir neçə pasport daşıması, təkcə ölkəmizdə deyil, hər yerdə milliləşməsi vətəndaşlıq barədə danışmağı nə qədər çətinləşdirirsə, mövqe haqda da bunu söyləmək olar. Xüsusilə də cinah oyunçuları – müdafiəçi və yarımmüdafiəçilər, hücumameylli yarımmüdafiəçilər və hücumçuların ampluaları tez-tez dəyişik düşür. Bu üzdən klubların iştirak ərizəsində göstərdiyini əsas götürüb TPL-dəkilərin mövqe bölgüsünə də nəzər salmaq mümkündü.

İkinci yarıya 24 qapıçı sifariş olunub. 6 klubda bu rəqəm standart hesab olunan 3-ə bərabərdi. "Sabah"da isə cəmi 2 qolkiper var. Cəza və zədə halında debütant əvəzedici komandaya üz tutmalı olacaq. "Sumqayıt" isə əksinə, qapıçı bolluğuna düşüb və 4 qolkiper sifariş vərəqində yer alıb.

"Sabah"ın hücumda da problemi var. Cəmi bir nominal forvarda malik paytaxt təmsilçisi Marko Deviç cəzalı duruma düşdüyündən qarşıdakı turda hücumçusuz olacaq. ümid isə yenə "Sabah-2"yədi.

"Sumqayıt" da hücumçu sarıdan korluq çəkir. Cəmi 2 forvarda malik Ayxan Abbasovun sabiq komandası "Zirə"də bu rəqəm 6-dı.

Klubların yarısında 6 müdafiəçi olsa da, "Keşlə" və "Səbail" arxa xəttə daha çox diqqət ayırır. Onların hərəsinin 9 müdafiəçisi var. Yarımmüdafiədə 3 klub 9 oyunçuya güvənirsə, rekordçu "Zirə"di – 13.

klublar

q

m

y/m

h

Keşlə

3

9

9

3

Neftçi

3

8

9

3

Qarabağ

3

7

10

4

Qəbələ

3

6

9

4

Sabah

2

6

12

1

Səbail

3

9

10

3

Sumqayıt

4

6

12

2

Zirə

3

6

13

6

Cəmi

24

57

84

26

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest