19 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq "Kuban baharı" beynəlxalq turnirdə iştirak edəcək. Matc.az saytı xəbər verir ki, millimiz 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Oyunların təqvimi də artıq bəllidi. Komandamız ilk olaraq martın 1-də Rusiya ilə üz-üzə gələcək. Bundan iki gün sonra Belarusla qarşılaşacaq qızlarımız martın 5-də İranla münasibətlərinə aydınlıq gətirəcək.

Rusiya və İranla oyun Bakı vaxtı ilə 12:00-da, Belarusla görüş isə 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest