Dəri əlcək sahiblərinin ilk beşliyində hazırda karyeralarını davam etdirən iki yer alıb. Onlardan PSJ-nin şərəfini qoruyan Canluici Buffon 4-cü, "Bavariya"lı Manuel Noyer isə 5-ci pillədə qərarlaşıb.

Nüfuzlu "France Football" nəşri dünya futbol tarixinin ən yaxşı qapıçılarının siyahısını tərtib edib. Matc.az saytının məlumatına görə, siyahının ilk pilləsində Moskva "Dinamo"sunun və SSRİ-nin keçmiş "çərçivə qoruyucusu" Lev Yaşin yer alıb.

Dəri əlcək sahiblərinin ilk beşliyində hazırda karyeralarını davam etdirən iki yer alıb. Onlardan PSJ-nin şərəfini qoruyan Canluici Buffon 4-cü, "Bavariya"lı Manuel Noyer isə 5-ci pillədə qərarlaşıb.

Karyerasının qürub çağını yaşayan daha bir əfsanə İker Kasilyas isə "TOP-10"a 8-ci sıradan daxil olub.

Sıralama isə aşağıdakı kimi formalaşıb.

1. Lev Yaşin ("Dinamo", SSRİ)

2. Qordon Benks (İngiltərə)

3. Dino Dzoff (İtaliya)

4. Canluici Buffon (PSJ, İtaliya)

5. Manuel Noyer ("Bavariya", Almaniya)

6. Piter Şmeyxel (Danimarka)

7. Zepp Mayer (Almaniya Federativ Respublikası)

8. İker Kasilyas ("Portu", İspaniya)

9. Edvin van der Sar (Hollandiya)

10. Piter Şilton (İngiltərə)

Qeyd edək ki, Yaşin dünyada qapıçılar arasında "Qızıl top"u qazanmış ilk və yeganə qapıçıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest