"Səbail" heyətinə daha bir oyunçu cəlb edib. Matc.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu hücum xətti ilə bağlı problemi yoluna qoyub.

Belə ki, argentinalı İmanol İriberri bundan sonra "Səbail"in formasını geyinəcək. Tərəflər arasında danışıqlar artıq müsbət nəticələnib və 32 yaşlı forvardla münasibətlər rəsmiləşib.

Qeyd edək ki, İmanol İriberrinin son klubu Venesuela təmsilçisi "Deportivo" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest