Görüş Vüqar Məmmədin yetirmələrinin rahat qələbəsi ilə nəticələnib. İlk hissədən sonra 2:1 hesabı ilə öndə olan gənclərimiz fasilədən sonra rəqib qapısından daha 4 top keçirərək, darmadağınla qalib gəlib - 6:1.

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, millimiz İspaniyanın "Ranero" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Vüqar Məmmədin yetirmələrinin rahat qələbəsi ilə nəticələnib. İlk hissədən sonra 2:1 hesabı ilə öndə olan gənclərimiz fasilədən sonra rəqib qapısından daha 4 top keçirərək, darmadağınla qalib gəlib - 6:1. Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.

 

Millimiz oyuna bu heyətlə çıxıb: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov (k), Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Tural Bayramov, Musa Qurbanlı

Ehtiyat oyunçular: Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Əkbər Vəliyev

Baş məşqçi: Vüqar Məmməd

 

Qeyd edək ki, U-19 millimiz İspaniyadakı ilk yoxlama görüşündə yerli həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub. Komandamız fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək..

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest