"Qələbə münasibətilə komandamı təbrik edirəm. Fürsətdən istifadə edib bütün futbolçulara şans verdik". Matc.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan millimiz bu gün yerli "Ranero" klubunun U-19 komandası ilə yoxlama görüşü keçirib və 6:1 hesablı qələbə qazanıb.

Vüqar Məmməd futbolçularının ciddiliyi qorumasını istəyib: "Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür matçlarda rəqibə daha ciddi yanaşmalıyıq. çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest