2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb.

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb. Matc.az xəbər verir ki, ötən mövsümü "Ankara Keçiörengücü" klubunda keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb.
 
Vüsal İsgəndərli karyerası ərzində "Rəvan", "Simurq", "Zirə", "Şamaxı" və "Ankara Keçiörengücü" klublarının şərəfini qoruyub. O, Azərbaycan milli komandasının heyətində də 3 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest