İstanbulda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb. 
 
Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurub.
 
Qeyd edək ki, bu komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest