Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin bu gün Rumıniyanın "Hermanşdatd" klubuna qarşı keçirəcəyi ilk yoxlama matçının başlama saatında dəyişiklik edilib. Matc.az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, hava şəraiti ilə əlaqədar "Zirə" - "Hermanşdatd" oyununun başlama saatında dəyişiklik olub. "Koru" otelin meydançasında baş tutacaq matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 18:00-da yox, 17:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest