Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu Portuqaliyanın "Portu" komandasının yarımmüdafiəçisi Vitinyanı transfer edib.
 
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayınadək olan müqavilə imzalanıb. 
"Portu"nun yetirməsi olan Vitinyanın Portuqaliya klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var idi. Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi 2021/22 mövsümündə icarə əsasında İngiltərənin "Vulverhempton" komandasında çıxış edib.
 
Yeri gəlmişkən, Paris klubu öz yarımmüdafiəçisi Xavi Simonsu da Niderlandın PSV klubuna satıb. Niderlanddan olan 19 yaşlı futbolçu da yeni klubu ilə 5 illik müqavilə bağlayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest