"Rayo Valyekano"nun qapıçısı Luka Zidan klubu tərk edib. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı fransalının müqaviləsi iyunun 30-da başa çatıb.
 
Zidan "Rayo Valyekano"ya 2021-ci ilin yayında azad agent kimi keçib. "Real"ın yetirməsi ötən mövsüm 13 oyun keçirib, 17 qol buraxıb və iki dəfə qapısını toxunulmaz saxlayıb.
 
Luka Zinəddin Zidanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest