"Zirə"dən ayrılan Brayan Alseusun yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Rumıniyanın "Arceş" komandasında çıxış edəcək.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Haiti millisinin üzvü ilə bir illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, bu ilin əvvəlində "Zirə"yə keçən oyunçunun müqaviləsi mayın 20-də qarşılıqlı razılıq əsasında ləğv edilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest