"Komanda olaraq Antalyanı çox bəyənirik. Onsuz da, Türkiyəni bəyənməmək mümkün deyil. Avropa və Asiyanın bir çox klub və yığma komandaları təlim-məşq toplanışı keçmək üçün buranı seçir".

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduqları zaman yerli "Sabah" nəşrinə müsahibə verib. Matc.az saytı xəbər verir ki, çalışdırıcı monoloq kimi təqdim edilən fikirlərində yığmamızın hazırkı durumundan və gələcək planlarından danışıb.

 

"Bura möhtəşəm məkandı"

"Komanda olaraq Antalyanı çox bəyənirik. Onsuz da, Türkiyəni bəyənməmək mümkün deyil. Avropa və Asiyanın bir çox klub və yığma komandaları təlim-məşq toplanışı keçmək üçün buranı seçir. Bir növ yoxlama görüşünün keçirildiyi möhtəşəm məkandı. Antalyada məşq və oyunlar üçün çox stadion var ki, ən əsas da budu. üstəlik, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Yanvar ayında Antalya toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşləri bizim üçün çox faydalı oldu".

 

"Azərbaycanın ən yaxşı nəticəsini göstərmişik"

"Milli komandamız çətin dönəmdən keçir. İspaniya toplanışından sonra martda Bakıda toplaşacaq və AVRO-2019-un elit-raunduna qatılmaq üçün Rusiyaya gedəcəyik. Rusiya, İrlandiya və Rumıniya ilə bir qrupda yer alacağıq. İnşallah, bu qrupdan da çıxacağıq. U-19 olaraq yığma səviyyəsində Azərbaycanın ən yaxşı nəticəsini göstərmişik".

 

"Bu komandanı çox yaxşı tanıyırıq"

"2000 və 2001 təvəllüdlü uşaqlarla 4 il əvvəl U-16 yığmasında çalışmağa başladıq. 2016-cı ildə bu heyət U-17-ni təşkil etdi. Həmin il seçmə mərhələnin startına ay yarım qalmış AFFA məni bu komandaya təyin etdi. Qrupumuzda çox güclü komandalar var idi - İngiltərə, Avstriya və ev sahibi Rumıniya. Qısamüddətli hazırlıq keçməyimizə baxmayaraq, qrupda yaxşı oyunlar keçirdik və 3-cü yeri tutduq. 2017-ci ild U-15 və U-16 yığmalarını çalışdırdım. Həmin ilin sonunda isə U-19-a keçdim. Bu komandanı köməkçilərimizlə birlikdə çox yaxşı tanıyırıq. Bu milli ilə bu günə qədər dayanmadan irəliləyirik".

 

"Mənim üçün böyük təcrübə oldu"

"Əvvəllər "Trabzonspor" və "Altınordu"da praktika keçdim. Bunlar mənim üçün böyük təcrübə oldu. Bu klublardan millimizə oyunçular qazandırdıq. Hazırda yığmaya dəvət etdiyimiz futbolçular çox yaxşı yerlərə yüksələ bildilər. "Beşiktaş", "Trabzonspor", "Qalatasaray" və "Altınordu" kimi klubların A komandalarına çıxanlar oldu. Hətta bəziləri Türkiyə yığmasında oynayır. Bəziləri isə Azərbaycanın U-21 millisində çıxış edir".

 

"Onun bir cümləsi məni çox təsirləndirdi"

"2017-ci ildə U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsi öncəsi "Altınordu"nun prezidenti Seyit Mehmet özkan mənə azərbaycanlı futbolçulara sahib çıxağı, onlara dəyər verməyi və üzərlərinə çox çalışmağı məsləhət gördü. O, hazırda "Altınordu"da türkiyəli futbolçuları yetişdirməklə məşğuldu. Həmin oyunçuların harda olduqlarının da şahidiyik. Mehmet bəyin bir cümləsi məni çox təsirləndirdi. Azərbaycanlı futbolçuların daha bacarıqlı olduqlarını düşünərək, onların uğur qazanmasına çalışıram".

 

"Bizim üçün 5 önəmli meyar var"

"Milli komandada Azərbaycan Premyer Liqasından, I divizionundan, Almaniya, Rusiya, Litva və İngiltərə çempionatlarından futbolçular var. Müəyyən sistemimiz mövcuddu. Bütün futbolçular klublarında ən yaxşı şəkildə oynadıqdan sonra yığmaya dəvət edilirlər. Bundan başqa, bizim üçün 5 önəmli meyar var: Texniki, taktiki, fiziki hazırlıq, ictimai fəallıq və psixoloji vəziyyət. Klub məşqçiləri ilə məsləhətləşərək, bu meyarlar üzrə çalışırıq".

 

"çətin olduğu qədər, həm də zövqlü işdi"

"Hər yaş qrupunun asan və çətin tərəfləri var. Mənim fikrimcə, əvvəlcə gördüyün işi sevməlisən və çox intizamlı olmalısan. Bundan sonra kriteriyalara ayıracaqsan və vəziyyətdən həm fərdi, həm kollektiv şəkildə çıxacaqsan. Bu, çətin olduğu qədər, həm də zövqlü işdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest