"Qarabağ" Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda dünən görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb.

Ağdamlılar isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetiriblər. Hazırlıq ikitərəfli oyunla başa çatıb. Yalnız zədəli futbolçu Miçel hazırlıq prosesində iştirak etməyib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu 17:30-da staet götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest