"Neftçi" dünən heyətinə qatdığı müdafiəçi Petru Rakunu Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Matc.az saytı xəbər verir ki, moldovalı futbolçunun adı "ağ-qaralar"ın iştirak ərizəsinə əlavə olunub.

Bu isə o deməkdi ki, 32 yaşlı müdafiəçi artıq bu gün yeni komandasının heyətində debüt edə bilər. Belə ki, futbolçunun hazırlıq durumu ürəkaçan olarsa, baş məşqçi Roberto Bordin onun adını "Zirə" ilə XVII tur matçının iştirak ərizəsinə salacaq.

Qeyd edək ki, Petru Raku "Neftçi" ilə 6 aylıq müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest