"Sportinq"in yarımmüdafiəçisi Luiş Nani yenidən ölkə xaricinə çıxmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı futbolçu bu dəfə karyerasını Avropada deyil, ABŞ-da davam etdirəcək.

Belə ki, Nani MLS liqasında çıxış etməyə çox yaxındı. "Orlando Siti" ulduz futbolçunun keçidində maraqlıdı. Hətta tərəflər arasında danışıqların son mərhələdə olduğu vurğulanıb.

Qeyd edək ki, Luiş Nani bu mövsüm 28 oyunda iştirak edib, 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest