Buna səbəb referinin ciddi zədələnməsi olub. Onun əvəzinə görüşün 4-cü hakimi Rauf Allahverdiyev ikinci hissədə baş hakim funksiyasını yerinə yetirir.

Topaz Premyer Liqasının XVII turunda keçirilən "Keşlə" - "Sumqayıt" görüşündə maraqlı hadisə baş verib. Matc.az saytının məlumatına görə, bu dəfə oyunçu yox, hakim dəyişikliyi baş verib.

Belə ki, baş hakim Rauf Cabbarov fasilədən sonra meydana çıxmayıb. Buna səbəb referinin ciddi zədələnməsi olub. Onun əvəzinə görüşün 4-cü hakimi Rauf Allahverdiyev ikinci hissədə baş hakim funksiyasını yerinə yetirir.

Qeyd edək ki, ikinci hissəsi gedən "Keşlə" - "Sumqayıt" qarşılaşmasında meydan sahibləri 1:0 hesabı ilə öndədi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest