"Maraqlı oyun alındı, çox sayda qol imkanları oldu. Matça elə də yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Şansları reallaşdıra bilmədik. Əhvalımız pozulub".

Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kiril Petrov Azərbaycan Premyer Liqasının XVII turundan səfərdə "Zirə" ilə qolsuz heç-heçədən sonra söyləyib.

Ukraynalı müdafiəçi bildirib ki, "Zirə" çempionatda "Neftçi" üçün ən qeyri-münasib rəqibidir: "Səhv etmirəmsə, ilk dəfə ötən mövsüm onları məğlub edə bildik. Onlarla çətindir. Bu gün qələbə qazanmağımıza qol vəziyyətlərini reallaşdıra bilməməyimiz mane oldu. Rəqib də yaxşı oynadı".

Legioner futbolçunun sözlərinə görə, bu matçda iki xal itirən tərəf "Neftçi" olub: "Hələ çempionatda çox oyun var. Sabah "Qarabağ" "Qəbələ"yə qalib gəlsə, heç nə baş verməyəcək. Əlbəttə, idman prinsipləri baxımından "Qəbələ"yə azarkeşlik edəcəyik. Amma ümumilikdə hər iki komandaya uğurlar arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest