İngiltərə kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçirilib. Matc.az xəbər verir ki, baş tutan görüşlərdə daha yüksək divizionda oynayan komandalar qalib gəlib.

Premyer Liqa təmsilçiləri "Brayton" və "Mançester Siti", həmçinin çempionşipdə çıxış edən "Miluoll" 1/4 finala yüksəlib. Onlar bir gün öncə tur adlayan "Uotford"a qoşulub.

Qeyd edək ki, 1/8 finalın digər oyunları fevralın 17-18-də keçiriləcək.

İngiltərə kuboku

1/8 final

16 fevral

"Brayton" – "Derbi" – 2:1

Knokart, 33, Lokadia, 45+2 – Koul, 81

"Uimbldon" – "Miluoll" – 0:1

Uollas, 5

"Nyuport" – "Mançester Siti" – 1:4

Amond, 88 – Sane, 51, Foden, 75, 89, Mahrez, 90

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest