Mövsümün ilk yarısını "Zirə" və "Səbail"lə qolsuz heç-heçələrlə başa vuran "Qəbələ" bu il öncə "Sumqayıt"ı, ötən həftə isə "Sabah"ı 1:0 hesabı ilə yenmişdi. "Qarabağ"la XVII turun səfər matçında 3-cü dəqiqədə...

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının seriyası qırılıb. Matc.az saytının məlumatına görə, ukraynalı "çərçivə qoruyucusu"nun Topaz Premyer Liqasında keçirdiyi "quru" oyunlar 4-də dayanıb.

Bununla belə, Bezotosnın nəticəsi hələ də rekord olaraq qalır.

Onadək heç bir qapıçı mövsümün 3-dən artıq görüşündə quru seriyaya nail olmamışdı. "Sabah"ın qapıçısı Saşa Stamenkoviç üç matçlıq seriyasını ötən tur yaxşılaşdıran Bezotosnı XVII turda həmin göstəricidə dayanıb.

Sonuncu dəfə XII turun "Keşlə" ilə ötən il noyabrın 12-də keçirilən qarşılaşmada qol buraxan Bezotosnını həmin matçın 38-ci dəqiqəsində Amil Yunanov məyus etmişdi.

Mövsümün ilk yarısını "Zirə" və "Səbail"lə qolsuz heç-heçələrlə başa vuran "Qəbələ" bu il öncə "Sumqayıt"ı, ötən həftə isə "Sabah"ı 1:0 hesabı ilə yenmişdi.

"Qarabağ"la XVII turun səfər matçında 3-cü dəqiqədə Riçar Almeydanın qoluna əngəl ola bilməyən ukraynalının "quru" dəqiqələrinin sayı 415-də dayanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest