Almaniya Bundesliqasının XXII turu çərçivəsində baş tutan "Bavariya" - "Auqsburq" görüşü İranda nümayiş etdirilməyib. Matc.az xəbər verir ki, buna səbəb qarşılaşmanın qadın hakim Bibiana Ştaynhausun idarə etməsi olub. Yayım qarşılaşmanın qadın hakimin idarə etməsi səbəbindən ləğv olunub.  
Bildirilir ki, İran telekanallarında qadını "şortik"də göstərmək qadağandı.
 
Qeyd edək ki, Ştayhnaus Almaniyanın futbol çempionatı tarixində ilk qadın hakimdi. O, 2017-ci ildən Bundesliqa matçlarını idarə edir. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest