Topaz Premyer Liqasının XVII turunun "Keşlə" – "Sumqayıt" oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib.

O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub. Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən 2-ci hakimdi.

XII turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest