Çünki baş verənlərlə deyilənlər üst-üstə düşmür. Bu məsələ yenidən araşdırılmalıdı. Hadisə "təyyarə düşdü, iki nəfər öldü" kimi bağlanmamalıdı

Bu yaxınlarda La-Manş boğazına düşən təyyarədə həlak olan argentinalı futbolçu Emiliano Sala ilə bağlı yeni iddia ortaya atılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Nant"dan "Kardiff"ə transfer olunan oyunçunun ailəsi onun öldürüldüyünü iddia edib.

Onun qohumu Martin Qatti hücumçunun qəsdən öldürüldüyünü söyləyib. O, ailəsinin də bu fikirdə olduğunu vurğulayıb: "Biz bunun qəza olduğuna inanmırıq. Emilianonun öldürüldüyünü düşünürük. çünki baş verənlərlə deyilənlər üst-üstə düşmür. Bu məsələ yenidən araşdırılmalıdı. Hadisə "təyyarə düşdü, iki nəfər öldü" kimi bağlanmamalıdı. "Kardiff"lə müqavilə imzaladıqdan sonra Salanı o təyyarəyə aparan və pilotu tapan şəxslər araşdırılsın. İşin içində pul varsa, başqalarının həyatına önəm verməyənlər çox olur".

Qeyd edək ki, Emiliano Sala böyüdüyü Proqreso şəhərində son mənzilə yola salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest