"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer çilili hücumçu Aleksis Sançeslə bağlı maraqlı fikirlər səsləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çalışdırıcı forvarddan çox şey gözlədiyini deyib.

Sulşer hətta ulduz futbolçunu ketçupa da bənzədib: "Aleksis istedadlı futbolçudu. "Fulhem"lə oyunda ona şans verdim. Bütün gücü ilə mübarizə apardı və fəal nəzərə çarpdı. Əminəm ki, bir qol vursa, özünəinamı qayıdacaq. Onun simasında güclü futbolçumuzun olduğunu hamımız bilirik. O, butulkadan heç cür çıxmayan və sonra böyük hissəsi axmağa başlayan ketpuça bənzəyir".

Qeyd edək ki, Aleksis Sançes bu mövsüm 19 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest