"Sumqayıt"ın futbolçusu Tural Bayramlı karyerasını Latviyada davam etdirəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedici heyətin üzvü "Dauqavpils"ə keçib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Latviyanın yüksək liqa təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb. Anlaşmaya əsasən, Bayramlının çıxışı ürəkaçan olarsa, onunla müqavilə müddəti avtomatik olaraq 1 illik uzadılacaq.

Qeyd edək ki, "Dauqavpils" ötən mövsüm I divizionu qalib kimi başa vuraraq, elitaya vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest