"Seçmə mərhələdə əsas rəqiblərimizə qarşı uğurlu başlanğıc etməliyik. Çünki Xorvatiyadan sonra qrup ikinciliyi uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər. Slovakiyanın yeni baş məşqçisi və istedadlı futbolçuları var".

"Seçmə mərhələdə əsas rəqiblərimizə qarşı uğurlu başlanğıc etməliyik. çünki Xorvatiyadan sonra qrup ikinciliyi uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər". Matc.az saytı xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.

Gənc mütəxəssis "Guardian"a açıqlamasında Aç-2020-nin seçmə qrup mərhələsindəki şanslarını dəyərləndirib. Giqqz Slovakiya ilə ilk görüşün onlar üçün xüsusi önəm daşıdığını vurğulayıb: "Slovakiyanın yeni baş məşqçisi və istedadlı futbolçuları var. Marek Hamşiki xüsusi qeyd edərdim. O, "Napoli"də Maradonanın rekordunu yeniləyib. Bir sözlə, Slovakiya ilə ilk oyun bizim üçün çox önəmlidi".

Qeyd edək ki, Uels E qrupundakı ilk oyununu martın 24-də evdə Slovakiyaya qarşı keçirəcək. Sentyabrın 6-da Azərbaycan millisini qəbul edəcək britaniyalılar noyabrın 16-da Bakıda səfərdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest