"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü bu ölkəyə köçəcək.

Belə ki, Rakitiç bir müddətdi danışıq apardığı "İnter"lə razılığa gəlib. İndi qalır klubların ortaq məxrəcə gəlməsi. "Neradzurra"nın bu keçid üçün ispanlara 60-65 milyon avro ödəməsi gözlənilir.

Qeyd edək ki, İvan Rakitiçin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest