Türkiyənin Antalya şəhərində UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə "Video Köməkçi Hakim" (VAR) sertifikat turniri keçiriləcək. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, turnir aprelin 19-dan 26-dək baş tutacaq.

Oyunları idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq.

42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest