Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran "Mançester Yunayted" bir neçə futbolçunu "qaralayıb". Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "mankunianlar"ın "radar"ında olan oyunçulardan biri də "Napoli"nin müdafiəçisi Xalidu Kulibalidi.

"Qırmızı şeytanlar" seneqallı oyunçu üçün qarşı tərəfin qapısını döyüb. Premyer Liqa təmsilçisi ulduz futbolçunun transferi üçün 100 milyon avro təklif edib. Lakin "Mançester Yunayted" onu asanlıqla ala bilməyəcək. çünki Avropanın digər nəhəngləri də Kulibalinin keçidində maraqlıdı.

Qeyd edək ki, bu mövsüm 31 oyunda meydana çıxan Xalidu Kulibali 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest