İngiltərə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün son qarşılaşma baş tutub.

İki nəhəng komanda - "çelsi" ilə "Mançester Yunayted" üz-üzə gəlib. Premyer Liqada tituldan əli üzülən klubların "Stemford Bric"dəki dueli qonaqların xeyrinə nəticələnib. Belə ki, ilk hissədə rəqib qapısından 2 top keçirən "Mançester Yunayted" qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

 

İngiltərə kuboku

1/8 final

"çelsi" - "Mançester Yunayted" - 0:2

Errera, 31; Poqba, 45

 

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları martın 16-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest